Qusarda şok olay: Kişi başqa qadınlarla gəzdi, arvadı isə... — TƏFƏRRÜAT

KRİMİNAL 07 noy 2023, 12:38
Qusar rayonunda 1984-cü il təvəllüdlü İdrak ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Sevilə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən İdrakın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham verilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İdrak ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Sevil onun arvadıdır: “24 iyun 2023-cü ildə Sevil mənə “sən avara qadınlarla gəzirsən” dedi. Mən də ona bunun yalan olduğunu dedim. Sonra aramızda mübahisə yarandı. Arvadımı vurdum. Hazırda törətdiyim əməlindən peşmanam”.

İş üzrə zərərçəkmiş Sevilin sözlərinə görə, iyunun 24-də, saat 17 radələrində İdrak yenə telefonla başqa qadınla danışdığından aralarında mübahisə yaranıb: “Mübahisə vaxtı İdrak yumruqla burnumdan vurdu və burnumdan qan gəldi. Həmin vaxt yanmızda olan qızım Könül qorxaraq qışqırdı. Sonradan baş vermiş hadisə barədə polisə müraciət etdim”.

Bu cinayət işinə Qusar rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən İdrakın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top