Tərtərdə minaya düşən kişinin sağ ayağı pəncə nahiyəsindən amputasiya edildi

GÜNDƏM 05 noy 2023, 16:45
2023-cü il 5 noyabr tarixində Tərtər rayonunun Təpəkənd kəndi istiqamətində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, piyada əleyhinə mina partlayışı nəticəsində Tərtər rayon Seyidimli kənd sakini 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu xəsarət alıb.

Xəsarət alan şəxsin sağ ayağı pəncə nahiyəsindən amputasiya edilib.

“ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırır!”-deyə, məlumatda vurğulanıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top