Bu dərmanlarla bağlı XƏBƏRDARLIQ: "Qırmızı qutuda və üzərində çin dilində yazıları olan..."

SOSİAL 02 noy 2023, 17:07
Kökəlmək və arıqlamaq məqsədilə qəbul edilən dərman preparatlarının insan sağlamlığına ziyanları barədə çox danışılsa da, asan yolu seçən şəxslər yenə də bu dərmanlar üçün apteklərə qaçırlar. 

Endokrinoloq Lamiyə Nəbibəyli Demokrat.az-a açıqlamasında deyib ki, tibbin qanunlarına görə kəskin dəyişiklik  verən pəhrizlər məsləhət deyil. Bu, orqanizmin maddələr mübadiləsini daha da poza bilər. 

"Əksər hallarda alınan və ya verilən çəki pəhriz bitdikdən sonra ilkin vəziyyətə qayıdır ( 10 haldan 8-9-da). Çəki almağı artıran dərmanlar hormonal  preparatlar olur, xüsusilə ya steroid hormonların, ya da deksametazon. Steroidlər əzələ kütləsini artıra bilir( əgər xəstə kifayət qədər zülal qəbul edirsə) .

Qırmızı qutuda və üzərində çin dilində yazıları olan dərman qutusu var - kökəlmək üçün nəzərdə tutulub. Bir pasiyent 2 aya 8 kq kökəlmişdi. Amma dərmanı dayandıran kimi çəkisi azaldı. Artan çəki yığılan mayenin hesabınadır. Həmin pasiyent oğlan idi və onda süd vəzi  şişkinliyi qalmışdı".

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top