“Misli” “SÜR-PRİZLƏR Mövsümü”ndə son 2 tiraj — FOTOLAR

SOSİAL 01 noy 2023, 14:00
6-cı tirajın nəticələri açıqlanıb.

Demokrat.az xəbər verir ki, ölkənin qanuni idman mərc oyunları operatoru “Misli”nin stimullaşdırıcı lotereyasında adını bəxtəvər qaliblər sırasına yazdıran daha 31 nəfərə hədiyyələri təqdim olunub. 6-cı tirajda da 10 ədəd “iPhone 14 Pro Max”, 10 ədəd 65 düym ekranlı Samsung TV, 5 ədəd 1 000 manatlıq məişət texnikası kuponu, 5 ədəd "Playstation 5" və 1 ədəd 10 min manat dəyərində səyahət kuponu qazanılıb. 

Son iki tirajı keçiriləcək “SÜR-PRİZLƏR Mövsümü”ndə bir-birindən dəyərli hədiyyələr uğrunda bəxtinizi sınaya bilərsiniz. Hazırda davam edən lotereyada 2 ədəd 10 min manat dəyərində səyahət kuponu, 20 “iPhone 14 Pro Max”, 20 ədəd 65 düym ekranlı Samsung TV, 10 “PlayStation 5”, 10 ədəd elektronika mağazasından 1000 manat dəyərində alış-veriş kartı və ən əsası 1 ədəd “Audi Q7 Comfort Plus” avtomobili sahiblərini gözləyir. 

Tirajların birində iştirak etmiş bütün iştirakçılar, qalib olmayanlar və qalib olmuş iştirakçılar yenidən sonuncu tirajda keçirilən “Misli Cekpot”unda avtomobil uğrunda yarışa bilərlər.

Misli.az”da bütün oyunlar, “Misli” məntəqələrində isə idman mərc, virtual lotereya, o cümlədən virtual idman və tirajlı oyunlarda iştirak etməklə həm də lotereyada iştirak haqqı qazanırsınız. Minimum 5 manat dəyərində oyun oynamaqla qiymətli hədiyyələr uğrunda bəxtinizi sınaya bilərsiniz. 

Tirajlar həftədə 1 dəfə - cümə axşamı CBC Sport və "Misli.az" yutub kanalında canlı yayımlanır. 

Sentyabrın 12-dən başlayan “SÜR-PRİZLƏR Mövsümü” noyabrın 6-sı saat 23:59-a qədər davam edəcək. Lotereyada 18 yaşı tamam olan şəxslər iştirak edə bilərlər.

Ətraflı məlumat üçün https://azerlotereya.com/az/content/139 rəsmi saytına daxil ola və ya *2080 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.  
















 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top