Sosial

110 ərazidə qazlaşdırılma işləri başa çatıb

110 ərazidə qazlaşdırılma işləri başa çatıb

Cari ilin sonunadək 150-dək yaşayış məntəqəsi və yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub ki, artıq 110 ərazidə qazlaşdırılma işləri başa çatıb və ya tamamlanmaq üzrədir.

Bu sözləriDemokrat.az-a açıqlamasında SOCAR “Azəriqaz” İB-in Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

Onun sözlərinə görə, digər 40 məntəqənin qazlaşdırılması işlərinə noyabr ayında başlanması gözlənilir:

“Qazlaşacaq bu kənd və yaşayış massivlərində işlərin tamamlanması gələn ilin birinci rübündə nəzərdə tutulub”.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova