Politoloq: “Brüssel görüşündən müsbət nəticə gözlənilmirdi”

GÜNDƏM 25 oktyabr 2023, 18:15
Ermənistan və Azərbaycan liderlərinin oktyabrın sonunda Brüsseldə keçirilməsi planlaşdırılan görüşü ləğv edildi. 

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar prosesin ləng getməsinə baxmayaraq sənədin imzalanacağına inamını ifadə edib. 

Kremlin sözçüsü Dmitri Peskov isə deyib ki, Azərbaycanla Ermənistan arasında nizamlanma ilə bağlı heç bir irəliləyiş yoxdur. 

Proseslərə dair proqnozunu Demokrat.az-a açıqlamasında bölüşən politoloq Qabil Hüseynlinin sözlərinə görə, böyük dövlətlər və beynəlxalq təşkilatlar sülh yaratma prosesini vicdanla və obyektiv aparmaq əvəzinə ilk növbədə öz strateji maraqlarını güdürlər:

“Avropa İttifaqı ilk vaxtlar sülh yaratma prosesində vasitəçi kimi Şarl Mişelin timsalında obyektivlik nümayiş etdirdi və proseslər xeyli irəlilədi. Lakin son zamanlar Brüssel prosesinə başıboş Makronun müdaxiləsindən sonra irəliləyişlər səngidi. Xüsusilə də Qarabağ ermənilərilə bağlı Aİ-nin sərgilədiyi yaramaz mövqe işləri daha da korladı. Aİ bir yandan, Dağlıq Qarabağ ermənilərinin geriyə qaytarılması ilə bağlı saziş imzalanması tələbi digər yandan sülh yaratma prosesini kölgədə qoyur. 

Prezident İlham Əliyev Brüsselə getməməklə düşünürəm ki, düz edib. Əlverişli olmayan sülh sazişini qəbul etdirməyə çalışacaqdılar ki, bu da imzalanmayacaqdı. Səfərin nəticəsi olmayacaqdı. Aİ yüz ölçüb, bir biçməli, Azərbaycanın maraqlarını da nəzərə almalıdır”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top