Nazirə yeni vəzifə tapşırıldı

İDMAN 25 okt 2023, 16:09
Oktyabrın 25-26-da UNESCO-nun mənzil-qərargahında İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransında Azərbaycanı gənclər və idman naziri Fərid Qayıbovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. 

Demokrat.az
xəbər verir ki, konfransın gündəliyinə əsasən, bu gün Konvensiyanın Bürosuna seçkilər keçirilib və nazir Fərid Qayıbov yekdilliklə Büronun sədr müavini seçilib. 

Konfransda həmçinin, cari ilin iyun ayında ölkəmizin Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransına ev sahibliyi etməsi, UNESCO-nun bir çox layihələrində fəal iştirakı və ümumiyyətlə təşkilata verdiyi töhfəsi həm üzv dövlətlər, həm də bütövlükdə təşkilat tərəfindən yüksək qiymətləndirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top