İntihar üçün Kürə tullandı, peşman olub, üzüb çıxdı

HADİSƏ 20 okt 2023, 10:19
İntihar məqsədilə özünü Kürə atan şəxs üzərək sahilə çıxıb.

Demokrat.az
Report-a istinadən xəbər verir ki, hadisə Şirvan şəhərində baş verib.

Belə ki, Namiq Nəsrullayev işsiz olmasına görə Şirvan şəhəri, 1 May küçəsində yerləşən Kür körpüsündən özünü çaya ataraq intihara cəhd edib.

O, etdiyi əməldən peşman olaraq təxminən 80 metr məsafəni üzərək çayın sahilinə çıxıb.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top