"Bu gün Bakı şəhərində, eləcə də digər rayonlarda istifadə edilən qablaşdırılmış sular əsl təhlükə mənbəyidir. Azərbaycan Ekologiya Standartları Monitorinq Fondu olaraq epidemiologiya mərkəzinin mütəxəssisləri ilə bu sulardan nümunələr götürdük. Yoxlamalar nəticəsində məlum oldu ki, bu cür sular tələb olunan normalara uyğun deyil".
Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetin professoru, Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti, biologiya elmləri doktoru Rauf Sultanov deyib. O, aşağı keyfiyyətli qablaşdırılmış suların sağlamlığa zərərli olduğunu bildirib:
"Hamısının üzərinə bulaq suyu yazılır. Milyonlarla paytaxt əhalisinin hamısını bulaq suyu ilə təmin etmək mümkündürmü? Satışda olan suların keyfiyyətinə nəzarət maksimum dərəcədə artırılmalıdır.

Biznesin bir qanunu var - daha çox pul qazanmaq. Hər yerdə "Sirab" satılır. Bu qədər suyu Naxçıvandan Bakıya necə gətirib, satırlar? Eləcə də badamlı, slavyanka. Reallığa uyğub deyil.
İndi kənd yerlərində bulaqlar da yoxdur. Əvvəllər kənddə evlərin yaxınlığında kiçik bulaqlar olardı. Hamı suyu oradan gətirirdi. Qlobal istiləşmə gedir, iqlim dəyişir. Torpaq, su quruyur".
Törə Zeynallı
Demokrat.az