Şimali Koreya Rusiyaya silah göndərməyə başladı

DÜNYA 06 okt 2023, 19:17
Şimali Koreya Rusiyaya silah tədarük etməyə başlayıb.

Demokrat.az
xəbər verir ki, bu barədə "CBS News" adının açıqlanmasını istəməyən ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Məlumata əsasən, Simali Koreya lideri Kim Çen In və Rusiya prezident Vladimir Putin arasında silah təchizatı və hərbi əməkdaşlıq məsələləri müzakirə edilib.

Danışıqların ardından Şimali Koreyanın Moskvaya silah göndərməyə başladığı iddia edilib.

Qeyd edək ki, xəbərdə Şimali Koreyanın göndərilən silahlar müqabilində Rusiyadan nə aldığı və digər təfərrüatlar açıqlanmayıb.

Aysu 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top