Bərdədə bacısını qətlə yetirməkdə təqsirləndirilən Həsən Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokrat.az xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Mikayıl Məmmədzadənin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası oktyabrın 10-na təyin edilib.
Qeyd edək ki, bu ilin iyunun 24-də saat 19 radələrində Bərdə rayonunda evlərin birində 1988-ci il təvəllüdlü Vəfa Həsənovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə təqsirli bilinən qardaşı, 37 yaşlı Həsən Həsənov saxlanılıb.
Məlum olub ki, Həsən Həsənov bacısının yetkinlik yaşına çatmayan qızına da xəsarət yetirib.
Həsən Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Fariz Məlikli
Demokrat.az