Beyləqanın kəndlərində həyətyanı sahələri su basdı — VİDEO

HADİSƏ 01 okt 2023, 17:18
Beyləqan rayonunun Əhmədli və Aşağı Çəmənli kəndlərində bəzi fərdi yaşayış evləri və həyətyanı sahələrin subasıb.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar nazirliyin müvafiq olaraq Qarabağ Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 dek 2023, 14:15
Top