Ölkə iqtisadiyyatının dayanıqlı inkişafı üçün atılan addımlar öz nəticəsini verməkdədir. Məlumdur ki, iqtisadiyyatın inkişafı bazarda sağlam rəqabət mühitinin formalaşdırılmasını, inhisarçılığın qarşısının alınmasını tələb edir. Milli Məclisdə bir müddətdir müzakirəsi gedən Rəqabət Məcəlləsi də bu qəbil tədbirlərdəndir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmə keçirilib. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məhəmməd Abbasbəyli bildirib ki, bu gün ölkədə mövcud olan qanunlar 90-cı illərdə qəbul edilib və bugünkü iqtisadi inkişaf yeni yanaşmaların tətbiqini labüd edir. O qeyd edib ki, Rəqabət Məcəlləsinin əsas üstünlüklərindən biri bazarın sərhədinin dəqiq müəyyən edilməsidir:
“Bu Məcəllə qəbul ediləndən sonra rəqabət qanunvericiliyinin tətbiq dairəsi genişləndiriləcək. Artıq rəqabət aparmamaq öhdəliyi qadağan ediləcək. Bu daha çox satınalmalarda rast gəlinən haldır. Eyni zamanda qiymət əsaslı sui-istifadə meyarları tətbiq edilə biləcək”.

M.Abbasbəyli onu da əlavə edib ki, eyni sahibkarlıq subyektlərini qohumluq yolu ilə idarə edirlər. Məcəllənin qəbulundan sonra bu inhisarçılıq aradan qalxacaq:
“Mövcud qanunvericiliyə əsasən bazar subyektləri tərəfindən rəqabət pozulduqda cərimənin dövlət büdcəsinə ödənməsi tələbi var. Yeni məcəllənin qəbulundan sonra isə hüquqları pozulan bazar subyekti də öz haqqını ala biləcək. Cəzanın çəkindirici məqsədə nail olması əsas prinsip olacaq. Vəzifəli şəxslər üçün əlavə maliyyə sanksiyaları tətbiq ediləcək. Maliyyə sanksiyaları və cərimələrin əsas məqsədi dövlət büdcəsini doldurmaq deyil, gələcəkdə bu cür qanun pozuntularından çəkindirmək olacaq”.
Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında Rəqabət Məcəlləsindən irəli gələn qayda və öhdəliklərə nəzarət mexanizminin necə həyata keçiriləcəyinə aydınlıq gətirib:
“17 ildən çoxdur ki, müzakirə edilən Rəqabət Məcəlləsi artıq Milli Məclisdə ictimai müzakirədədir. Komitə iclasından sonra plenar iclasda müzakirəyə çıxarılacaq. Məcəllənin layihəsinə əsasən rəqabətə və bütövlükdə onun icrasına rəqabət orqanı nəzarət edəcək. Bu orqan həm bazarda hökmran mövqeyə malik olan sahibkarların davranışını izləyəcək, həm də üfüqi və şaquli məhdudiyyətlərə nəzarət edəcək. Burada kartel sövdələşmələri, yəni bir neçə şirkətin birgə yanaşma ilə bazara təsiri və s. məsələlər təhlil ediləcək. Hazırda bu funksiyanı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir. Məcəlləyə əsasən bazarda rəqabətin qorunması üçün rəqabət komissiyası da yaradılacaq. Müvafiq qurumlar tərəfindən Rəqabət Məcəlləsinin icrasına nəzarətin həyata keçirilməsi onun icrasında çətinlikləri aradan qaldıracaq. Məcəllə həm sahibkarlığın inkişafı, həm də bazarda qiymətlərin optimallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”.

İqtisadçı ekspert Rəşad Həsənov isə sayta açıqlamasında Rəqabət Məcəlləsinin əhəmiyyətindən danışıb:
"Rəqabət Məcəlləsinin qəbul edilməsi çox vacib məsələdir. Bu, iqtisadiyyatın müxtəlif sahələrində hüquqi əsasların yaradılması, bazara nəzarət, liberal iqtisadi mühitin təmin edilməsi, inhisarçılığın qarşısının alınması və kartel sövdələşmələri ilə mübarizə deməkdir. Ümumdünya Ticarət Təşkilatı Rəqabət Məcəlləsinin qəbul edilməsilə bağlı Azərbaycan qarşısında öhdəlik qoyub. Rəqabət Məcəlləsi bazarda ədalətli və bərabər şərtlər daxilində hər kəsə sərbəst fəaliyyət imkanı yaradır və bazara giriş-çıxış məhdudiyyətlərini aradan qaldırır. Rəqabət Məcəlləsinin qəbul edilməsi bazarın təkmilləşdirilməsi və sağlam rəqabət mühitinin yaranmasına imkan verəcək.

Məcəllənin qəbul edilməsi Azərbaycanın beynəlxalq müstəvidə göstəricilərinə də müsbət təsir edə bilər. Hazırda bu sahədən irəli gələn məsələlərə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzarət edir. Ola bilər ki, Rəqabət Məcəlləsinin icrasına nəzarət etmək üçün yeni qurum yaradılsın. Şəffaf fəaliyyət olacaqsa, irəliləyişlərin şahidi olacağıq”.
Törə Zeynallı
Demokrat.az
Qeyd: Yazı Medianın İnkişafı Agentliyin maliyyə dəstəyilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda yayımlanır.