Sülhməramlılar Xankəndiyə 12 ton humanitar yük gətirib

QARABAĞ 29 sen 2023, 09:42
Sülhməramlılar mülki şəxslər üçün Xankəndiyə 12 ton humanitar yük gətirib.

Demokrat.az
bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Bura  qida, dərman və ilkin tələbat malları daxildir.

MN-nin açıqlamasında deyilir ki, sülhməramlılar Qarabağı tərk edən insanlara yardım ediblər. Ehtiyacı olan hər kəsə su, çörək və uşaq yeməyi paylanıb.

Hazırda 50-si azyaşlı olmaqla 117 mülki şəxs Rusiya sülhməramlı kontingentinin nəzarətindədir.

Xatırladaq ki, denən separatçı guruhun “rəhbəri” Samvel Şahramanyanqondarma rejimin buraxıldığı barədə qərar imzalayıb. Qərara əsasən gələn il yanvarın 1-dən separatçı rejim fəaliyyətini dayandıracaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top