"Ukrayna ordusunun 2700-dən çox silahı məhv edilib" — Şoyqu

DÜNYA 26 sen 2023, 21:59
"Sentyabr ayında Ukrayna ordusuna məxsus 2700-dən çox silah və hərbi texnika Rusiya ordusu tərəfindən məhv edilib".

Demokrat.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu məlumat verib.

O bildirib ki, Kupyansk istiqamətində Sinkovka və Petropavlovka yaxınlığındakı ərazidə nəzarət xeyli genişləndirilib:

"Ukrayna Silahlı Qüvvələri bütün münaqişə xətti boyunca ciddi itkilər verib. Sentyabrda 17 mindən çox Ukrayna əsgəri zərərsizləşdirilib. Amerikanın 7 “Bradley” piyada maşını, 77 Amerika M777 artilleriya sistemi, Almaniya, Fransa, Polşa və ABŞ-dan gətirilən 51 özüyeriyən artilleriya sistemi, 2 alman “Leopard” və 1 Britaniyanın “Challenger” tankı da daxil olmaqla 2700-dən çox silah və hərbi texnika məhv edilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top