“İnsanlar ziyan görsələr də pis vərdişlərdən əl çəkmirlər” — Qanunsuz mərc oyunları sürətlə yayılır…

SOSİAL 20 sen 2023, 17:23
“İnsanlar onların əxlaqına, mənəviyyatına, dolanışığına ziyan verən əməllərdən çəkinməlidirlər. Qumar oyunları da cəmiyyətin bir bəlasıdır. Təəssüflər olsun ki, sosial şəbəkələrdə bu, geniş təbliğ olunmaqdadır. İnsanlar özləri qumarın aludəçisinə çevrilir, sonradan isə problemlərlə qarşılaşırlar”.

Bu fikirləri Demokrat.az-a açıqlamasıda deputat Tahir Rzayev səsləndirib. 



O deyib ki, hətta bəziləri işin sonunun qaranlıq olduğunu bilə-bilə bu yola baş vurur:

“Bu kimi problemlərdən çıxış yolunu tək qanunlarda axtarmaq doğru deyil. Narkomaniyaya qarşı da çox sayda qanun qəbul olunub, amma bütün dünyada tüğyan edir. İnsanlar ziyan görsələr də pis vərdişlərdən əl çəkmirlər. 

Qumar oyunlarının təbliğinin əleyhinəyəm. Bununla bağlı qanunlar var, cəzalar var. Lakin insanlar özləri bu barədə ciddi düşünməlidirlər. Hər kəs öz yaxın çevrəsini maarifləndirməlidir. Bunun kökü bilavasitə cəmiyyət tərəfindən kəsilə bilər. Qanunlar bəzən gücsüz olur. Hər bir məsələylə bağlı da sərt cəzalar tətbiq etmək işə yaramır”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 dek 2023, 14:15
Top