Kadırov bu gün günorta saatlarında vəfat edib — Keçmiş vitse-prezident açıqladı

DÜNYA 19 sen 2023, 23:19
Çeçenistanın rəhbəri Ramzan Kadırovun ikinci dəfə ölüm xəbəri yayılıb. Musavat.com xəbər verir ki, bu dəfə xəbəri “Yukos” neftr şirkətinin keçmiş vitse-prezidenti Leonid Nevzlin yayıb.

O, özünün X hesabında Ramzan Kadırovun bu gün saat 12.00 radələrində Moskva Mərkəzi Klinik Xəstəxanasında vəfat etdiyini yazıb: “Deyəsən, Kadırov, nəhayət ki, bir saat öncə Moskva Mərkəzi Klinik Xəstəxanasında canını tapşırdı”.
Nevzlin əlavə heç bir məlumat qeyd etməyib.

Rusiya mənbələri hələlik bu məlumatla bağlı hər hansı açıqlama yaymayıblar.

Xatırladaq ki, 2 gün əvvəl də Kadırovun vəfatına dair xəbər yayılmışdı.(medianews.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top