Dəhşətli yol qəzası: 20 ölü

DÜNYA 18 sen 2023, 19:30
Cənubi Afrika Respublikasının Limpopo əyalətində baş verən yol qəzasında 20 nəfər həyatını itirib.

Demokrat.az
xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, mədən İşçiləri daşıyan avtobus yük maşını ilə toqquşub və yanğın başlayıb.

Qəza nəticəsində 20 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Limpopo Nəqliyyat və İcma Təhlükəsizliyi Departamentindən verilən açıqlamada polisin qəza ilə bağlı araşdırmanı tamamladıqdan sonra ictimaiyyətə məlumat verəcəyi açıqlanıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top