Türkiyə - Ermənistan matçında Azərbaycan bayraqları — FOTOLAR

GÜNDƏM 08 sen 2023, 23:16

Xəbər verdiyimiz kimi, AÇ-2024-ün seçmə mərhələsinin 5-ci turu çərçivəsində Türkiyə millisi doğma azarkeşləri önündə Ermənistan yığmasını qəbul edir.

“Qafqazinfo”nun məlumatına görə, oyunun keçirildiyi “Yeni Eskişehir” stadionun tribunalarında Azərbaycan bayraqlarına da rast gəlmək mümkündür.

Belə ki, matçı izləyən azərbaycanlı futbol həvəskarları stadionda dövlət bayrağımızı açıb.

Qeyd edək ki, matçdan öncə UEFA-nın tələbi ilə oyunda Azərbaycan bayraqlarının açılmayacağına dair xəbərlər yayılsa da, bununla bağlı rəsmi açıqlama olmamışdı.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top