Mirziyoyev Azərbaycana gəlir — Tarix açıqlandı

XARİCİ SİYASƏT 21 avq 2023, 10:28
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev avqustun 22-23-də Azərbaycanda səfərdə olacaq.

Demokrat.az
xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.

Səfər proqramına iki ölkə liderlərinin iştirakı ilə yüksək səviyyəli danışıqlar və digər tədbirlər daxildir. 

"Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və prioritet istiqamətlər üzrə praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri gündəlikdədir. Danışıqların sonunda ikitərəfli sazişlərin imzalanması planlaşdırılır", - açıqlamada deyilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top