“Bu gün evlərini kirayə verən insanların böyük bir qismi ailəli olanlara evlərini kirayə vermək istəyirlər. Nə tələbələrə, nə də boşanmış qadınlara ev vermək istəyirlər. Məlum məsələdir ki, Azərbaycanda universitetlərin çoxu Bakıda yerləşir. Elə insanlar var ki, heç oxuduqları universitetlərin yataqxanalarından istifadə etmirlər. Yataqxanada yerlərin məhdudluğunu nəzərə alsaq, bəzən görürük ki, bir neçə tələbə birlikdə kirayə ev götürür. Hətta bu halda belə ev sahibləri problem çıxarırlar. Bəzən elə şərtlər qoyurlar, mən özüm belə təəssüf edirəm ki, gənclərə qarşı bu qədər acımasız olan vətəndaşlarımız var. Tək qıza, yaxud oğlana, tək tələbəyə kirayə ev vermirlər. Bunlar nə düşünürlər? Bu adam təkdirsə, mütləq pis nəsə edəcək? Son dönəmlər sosial şəbəkələrdə tələbə evinin çirkab içində olması barədə görüntülər yayıldı. Axı hər tələbə evə o cür yanaşmır. Bir evdə yaşayırıqsa, əlbəttə ki, o evi təmiz saxlamalıyıq. Düşüncələrində o qədər pis fikirlər yerləşdirirlər ki... Ev sahibləri də bir tərəfdən təmizliyə görə şikayətlənirlər, digər tərəfdən də düşünürlər ki, gəncdir, birdən başına adam yığar, narahatlıq yaradar, səs-küy çıxarar, evimdə əxlaqsızlıq edərlər. İnsanlarda belə düşüncələr var. ”.
Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış psixoloq Gülnar Orucova deyib.
Psixloqun sözlərinə görə, övladları olduğu halda nikahı olmayan ailələrə də kirayə ev verilmir: ““Mən ancaq ailəli şəxslərə evimi kirayə verirəm...” Bu, hansı məntiqə sığar? Bu, bizim bilmədiyimiz hansı humanizm prinsipinə əsaslanır? Hələ də mənə çatmır. Doğru addım deyil, vaxt-zaman gələcək, bunu edənlər anlayacaqlar ki, bu cür düşüncələr həqiqətən yanlışdır, onların ailələrindən də tək yaşamaq istəyən, boşanmış insan çıxa bilər. Düşüncəmizi dəyişmək lazımdır. Bir insan tək yaşamaq istəyirsə, bunun altında hər hansı səbəb axtarmaq lazım deyil. Bəzən elə olur ki, universitetin yolu ilə tələbənin yaşadığı evin məsafəsi uzaq olur. Ailənin imkanı çatır, övladına kirayə ev tutmaq istəyir, amma ev sahibləri buna heç cür razı olmular”.
G.Orucova deyib ki, boşanmış qadınlara da kirayə ev vermirlər: ““Avropalaşaq” sözünü ancaq söz olaraq deyirik. Heç bir dövlətdə belə bir qayda yoxdur ki, tək yaşayan insana, gəncə, tələbəyə, boşanmış qadına ev kirayə verilməyə. Biz cəmiyyət olaraq boşanmış qadına niyə bu cür yanaşırıq, bilmirəm. Düşünürük ki, boşanmış qadındırsa, ev verməyək, birdən əxlaqsızlıq edər... Biz görmüşdük ki, boşanmış qadına dəstək, arxa-dayaq olarlar. Bu gün Azərbaycanda boşanmış qadın böyük problemlər yaşayır. Bəzi qadınlar boşanmırlar, onları qınayırıq ki, həyat yoldaşları xəyanət edir, niyə boşanmırlar? Yaxud vaxtında boşansaydılar, indi həyat yoldaşları onları qətlə yetirməzdi. Bu cür fikirlər irəli sürürük, amma cəmiyyətin boşanmış qadına münasibətinə baxın. Boşanmış qadının hər hansı iş tapmaqda da üstünlüyü yoxdur. Tək övlad böyüdür, amma heç bir üstünlüyə sahib deyil. Ona görə də bu gün bəziləri düşünürlər ki, boşanmayım, əziyyətə qatlanım. Bəzən ata, qardaş, qohumlar, qonşular belə boşanan qadının həyat yoldaşı rolunu oynayır, namusunu, qeyrətini çəkməyə başlayırlar. O qədər sıxışdırırlar ki, qadın düşünür “boşanmasam, daha yaxşıdır”.