Bakı Beynəlxalq Avtovağzalı Gəncəyə gedən sərnişinin 5 yaşlı uşağına tam bilet satılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Qurumun mətbuat katibi Pərvin Məmmədova Demokrat.az-a açıqlamasında bildirib ki, sərnişinə tam bilet satan kassirlə bağlı ciddi ölçü götürülüb. Sərnişindən ödədiyi artıq məbləği gəlib geri götürməsi xahiş edilib.
“Əgər şikayət varsa və sərnişin haqlıdırsa, o məsələnin həllinə maksimum çalışırıq”, - deyə Məmmədova əlavə edib.