Gəncədə yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var

HADİSƏ 06 iyun 2023, 21:54
Gəncə şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı, 1975-ci il təvəllüdlü Bayram Bağırov və 1984-cü il təvəllüdlü Vahid Salahov müxtəlif xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan V.Salahovun vəziyyəti ağır, digərinin vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2025, 10:15
Top