Göygöldə selin yaratdığı fəsadlar aradan qaldırılır

HADİSƏ 28 may 2023, 13:45
Göygöl rayonunun bir sıra kəndlərində baş vermiş təbii fəlakət nəticəsində yaranmış problemlər aradan qaldırılır.

Demokrat.az
xəbər verir ki, Göygöl rayonunda havanın intensiv yağıntılı keçməsi ilə əlaqədar rayon ərazisindən keçən Gəncəçayının suyunun artaraq sel və daşqın yaranması nəticəsində rayonun Şəhriyar, Kərəmili, Zurnabad və Topalhəsənli kəndlərində təsərrüfatlara və kommunal xətlərə ziyan vurub.

Hadisə ilə əlaqədar olaraq “Azəravtoyol” ASC-nin Göygöl rayon 24 saylı Yol İstismar idarəsinin, Göygöl Elektrik şəbəkəsinin, Göygöl Su-kanal idarəsinin, Göygöl Suvarma Sistemləri idarəsinin və Gəncə regional Qaz İstismar İdarəsinin Göygöl rayon Xidmət Sahəsinin canlı qüvvə və texnikalarının köməyi ilə qəza yerində dəymiş ziyan müəyyən olunaraq fəsadlar aradan qaldırılır.

Qeyd edək ki, təbii fəlakət sonucunda elektrik və qaz xətləri, rabitə və yol təsərrüfatı zərər görüb.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top