Hadisə

Bakıda yol qaydalarını pozan “Pirus”un sürücüsü saxlanıldı: Maşınından heroin çıxdı (VİDEO)

Bakıda yol qaydalarını pozan “Pirus”un sürücüsü saxlanıldı: Maşınından heroin çıxdı (VİDEO)

Suraxanı DYPŞ -nın əməkdaşları xidmətdə olarkən 99-UD-357 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1974 -cü il təvəllüdlü Abdullayev Ələsgər Fizuli oğlunu yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlayarkən narkotik vasitələrin təsiri altında olduğunu müəyyən ediblər.

BunuOxu.Az-a Bakı şəhər DYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.

Onun sözlərinə görə, avtomobildə olan 1974 cü il təvəllüdlü Məhərrəmov Vüsal Sabir oğlunun şübhəli hərəkətləri əsasında avtomobilə baxış keçirilib:

“Baxış zamanı 1 kiloqram26 qramheroin aşkar edilib. Avtomobildə olan şəxslər və digər maddi sübutlar DYP əməkdaşları tərəfindən aidiyyatı üzrə Suraxanı RPİ-nin İstintaq şöbəsinə müvafiq araşdırmanın aparılması üçün təhvil verilib"

NE
Nihadə Eyyubova