Naxçıvanda ölkəyə qanunsuz gətirilən külli miqdarda siqaret aşkar edilib

HADİSƏ 27 may 2023, 15:55
Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz yollarla ölkə ərazisinə gətirilən və Azərbaycanın aksiz markası ilə markalanmayan külli miqdarda siqaret aşkar ediblər.

Demokrat.az xəbər verir ki, bu barədə komitədən məlumat verilib.

Bildirilib ki, daxil olmuş məlumat əsasında Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları Naxçıvan şəhər sakinindən müxtəlif adlarda, ümumilikdə 182 960 ədəd aksiz markası ilə markalanmayan siqaretlər aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top