Niderland Xarici İşlər Nazirliyi bu ölkədə tapılan və Türkiyədən gəldiyini deyən azyaşlı uşağın Türkiyə vətəndaşı olmadığını açıqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Bildirilib ki, Niderland Xarici İşlər Nazirliyi Türkiyənin Haaqadakı səfirliyinə polis tərəfindən təkbaşına tapılan uşaq barədə məlumat verib.
XİN-dən verilən məlumata əsasən, yalnız türkcə danışan və ailəsinin Türkiyədə olduğunu deyən uşaq böyük ehtimalla Suriya vətəndaşıdır.
Uşağın Türkiyə vətəndaşı olmadığı bildirilsə də, milliyyəti və haradan gəldiyi hələ də Daxili İşlər Nazirliyi tərəfindən araşdırılır.
Xatırladaq ki, sözügedən uşaq tapılan zaman Hollandiya polisinə zəlzələ qurbanı olduğunu və Türkiyədən gəldiyini bildirmişdi.
Aysu
Demokrat.az