
Kahramanmaraşda 4,7 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə "AFAD" məlumat yayıb.
Məlumata əsasən, zəlzələ Kahramanmaraşın Göksun rayonunda baş verib.
Zəlzələ yerli vaxtla saat 20:06-da qeydə alınıb.
Yerin 7 kilometr dərinliyində baş verən zəlzələ rayonda qısamüddətli həyəcana səbəb olub.
Aysu
Demokrat.az