AA nömrəli maşını sürən xanımın çıxartdığı oyun: 10 bal 220 manat — VİDEO

HADİSƏ 16 may 2023, 16:52
Bakıda yol hərəkəti qaydalarını pozan xanım sürücünün videosu kameraya düşüb. 

Demokrat.az
xəbər verir ki, hadisə mayın 13-də, paytaxtın Hüseyn Cavid prospektində baş verib. Belə ki, 10-AA-579 qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilin sürücüsü öncəqoşa xəttin tələbini pozaraq əks yola çıxıb, daha sonra svetoforun qırmızı işığından keçərək yolayrıcına daxil olan avtomobilə qəza şəraiti yaradıb. Bu azmış kimi o, bir az qarşıda qoşa xəttin tələbini pozaraq sola dönüb.

Videogörüntüdən də aydın şəkildə görünür ki, qabağa düşmək üçün qaydaları kobud şəkildə pozan xanım sürücü, qayda pozmayan sürücü ilə demək olar ki, eyni vaxtda çatdı. (Avtosfer.az)


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top