AKP-nin mərkəzi qərargahında bomba axtarışı aparılır

REGİON 14 may 2023, 22:27
Türkiyə mətbuatında AKP-nin (Ədalət və İnkişaf Partiyası) mərkəzi qərargahında bomba axtarışı aparıldığına dair məlumatlar yayılıb.

Yeniavaz.com xəbər verir ki, məlumatlara görə, qərargah bomba axtarışı ilə əlaqədar tamamilə boşaldılır.

Qərargahdakı jurnalistlərdən də çölə çıxması istənilib.

Bildirilir ki, “BBC Türkcə”yə danışan təhlükəsizlik rəsmisi, bütün binada bomba axtarıldıqdan sonra yenidən girişə icazə veriləcəyini bildirib.

Qeyd olunub ki, axtarış itləri binaya daxil olub. Ancaq bəzi mərtəbələrdə hələ də insanların olduğu bildirilir.

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Məmləkət Partiyasının lideri Məhərrəm İncə mayın 11-də namizədliyini geri götürdüyünü açıqlayıb. Rəqabətin əsasən “Millət” alyansının namizədi Kamal Kılıçdaroğlu və “Cumhur” alyansının namizədi və hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan arasında keçəcəyi gözlənilir.
Həmçinin “Ata” alyansının təmsilçisi Sinan Oğan da namizədlər arasındadır

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top