AŞPA Türkiyəyə müşahidəçi heyəti göndərir

DÜNYA 05 may 2023, 22:16
Avropa Şurası Parlament Assambleyası (AŞPA) mayın 14-də keçiriləcək seçkilərlə bağlı Türkiyəyə müşahidəçi heyəti göndərir. 

Demokrat.az xəbər verir ki, 33 nəfərlik nümayəndə heyəti 12-15 may 2023-cü il tarixləri arasında fəaliyyət göstərəcək. 

Müşahidəçilər qrupuna Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) nümayəndələri də daxil olacaq.

Qeyd edək ki, nümayəndə heyətinin prezident namizədləri ilə görüşləri nəzərdə tutulub.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top