Kamran Əliyev Türkiyədə işgüzar səfərdədir

GÜNDƏM 03 may 2023, 11:25
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının 1-ci Pan-Avropa Regional konfransında iştirak etmək məqsədilə İstanbul şəhərinə işgüzar səfərə gedib.

Bu barədə Demokrat.az-a Baş Prokurorluqdan bildirilib.

Məlumata görə, dünyanın müxtəlif dövlətlərinin baş prokurorlarının və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin qatıldığı tədbirdə rəqəmsallaşma dövründə səmərəli istintaqın aparılması və digər mövzular ətrafında müzakirələr aparılacaq.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top