Gözlərinizdə bu problem varsa, həkimdən XƏBƏRDARLIQ

SOSİAL 01 apr 2023, 09:25
Kornea və Refraktiv Cərrahiyyə mütəxəssisi Volkan Hürmeriç yazın gəlişi ilə tez-tez rast gəlinən allergik xəstəliklərin göz sağlamlığına mənfi təsir etdiyini bildirib.

Demokrat.az xəbər verir ki, gözlərdə yanma, sulanma, qaşınma və qızartı kimi şikayətlərə səbəb ola bilən göz allergiyasının gündəlik həyat keyfiyyətini aşağı saldığını dilə gətirən Hürmeriç göz qaşıma vərdişi ilə bağlı xəbərdarlıq edib.

Refraktif Cərrahiyyə mütəxəssisi Volkan Hürmeriç tez-tez gözləri qaşınan insanlarda inkişaf edə biləcəyini söylədiyi xəstəliyə diqqət çəkərək tövsiyələr verib.

“Allergiyası olanların gözlərini tez-tez qaşımaq vərdişi keratokonus adlı göz xəstəliyinə səbəb ola bilər. Xüsusilə allergiyası olan və müalicə olunmayan uşaqlarda uzun müddət göz qaşıma vərdişi ola bilər. Uşaqlıq və yeniyetməlik dövründə genetik faktorlarla yanaşı, daim göz qaşımaq böyük risk yaradır”, – deyə həkim bildirib.

Xüsusilə uşaqların günəşdə və ya işıqlı mühitlərdə gözlərini açmaqda çətinlik çəkdiklərini və ya gözlərini çox qaşıdıqlarını qeyd edən Hürmeriç “Belə tapıntılarda göz müayinəsi etmək lazımdır. Tozcuqların artdığı fəsillərdə yanma, qaşınma, işığa həssaslıq kimi şikayətlər artır. Allergik xəstəliklər ümumiyyətlə havalar isinməyə başlayan may, iyun və iyul aylarında, soyumağa başlayanda isə sentyabr, oktyabr, noyabr aylarında artır. Allergiyası olan xəstələrin həkim tövsiyəsi ilə müalicə alması vacibdir”, – açıqlamasında qeyd edib.//Azxeber.com

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top