İlham Əliyevin Tacikistana səfəri gözlənilir

SİYASƏT 31 mar 2023, 15:05
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 4-də Tacikistana rəsmi səfər edəcək.

Demokrat.az
Tacikistan mətbuatına istinadən xəbər verir ki, Prezident Tacikistan-Azərbaycan İnvestisiya Forumunda iştirak edəcək. 

Məlumata görə, tədbirə 150-dən çox iştirakçının qatılması planlaşdırılır. O cümlədən nazirlər, sahibkarlar, investorlar, müxtəlif sahələrdə fəaliyyət göstərən şirkət və müəssisələrin nümayəndələri forumda  iştirak edəcək. 

Tədbir çərçivəsində iki ölkənin dövlət və özəl sektorunun subyektləri arasında yeni əməkdaşlıq sənədləri imzalanacaq. 

Qeyd edək ki,  2022-ci ildə Tacikistan və Azərbaycan arasında mal və məhsul dövriyyəsi 6,2 milyon dollar təşkil edib, bu da ümumi mal və məhsul dövriyyəsinin 0,1%-nə bərabərdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top