Bunun təşəbbüskarı Əliyevdir — Zaxarova

GÜNDƏM 23 mar 2023, 22:36
Moskva Rusiya-Azərbaycan-İran formatına böyük əhəmiyyət verir.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

“Xatırladım ki, onun təşəbbüskarı Azərbaycan Prezidenti İlham Əliyev olub. Ümid edirik ki, üçtərəfli əməkdaşlıq ölkələrimiz arasında qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsinə və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi də daxil olmaqla, müasir şəraitdə çox tələb olunan dayanıqlı nəqliyyat infrastrukturunun yaradılmasına bundan sonra da əhəmiyyətli töhfə verəcək”, - Zaxarova qeyd edib.

Rusiya XİN-in rəsmi nümayəndəsi yaxın gələcəkdə üçtərəfli görüşün gündəliyi və vaxtı ilə bağlı konsensusa nail olunacağına ümid etdiyini bildirib:

“Biz öz tərəfimizdən buna kömək etməyə hazırıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top