Azərbaycan millisində baş məşqçi dəyişikliyi olub

İDMAN 22 mar 2023, 12:18
Azərbaycanın qadınlardan ibarət karate üzrə millisinin baş məşqçisi dəyişib.

Demokrat.az xəbər verir ki, bu barədə apasport.az saytınaa Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov məlumat verib.

O bildirib ki, təxminən 10 gün olar ki, Denis Morozovla yollar ayrılıb: “Düşündük ki, o, Olimpiada zamanı öz işini gördü. Həm də maliyyə məsələsinə görə belə etdik. Onun yerinə kişilərdən ibarət yığmada məşqçi işləyən Şahin Xudaverdiyevi bu vəzifəyə məşqçi təyin etdik”.

Qeyd edək ki, İrina Zaretskayanın da şəxsi məşqçisi olan Morozov 2019-cu ilin əvvəllərində qadın millimizə təyin olunmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top