Donbasda azərbaycanlı ailə faciəvi şəkildə həlak oldu

DÜNYA 13 fev 2023, 13:55
Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. O bildirib ki, Kiyev və Çerniqov Belarus istiqamətindən raket hücumlarına məruz qalıb.

Məlumata görə, Xarkov, Xerson, Dnepropetrovsk, Zaporojye, Donetsk, Odessada da vəziyyət gərgindir.

“Odessa vilayətinə son vaxtlar Qara dənizdən hücumlar daha da artıb. Rusiya Ordusunun donanmasının Odessa şəhərinə istiqamətlənən raket hücumlarının demək olar ki, hamısının qarşısı Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən alınıb”, - deyə jurnalist əlavə edib.
O da bildirilib ki, Donetskdəki qəsəbələrdən birində azərbaycanlı Hacı Hacıyev, onun həyat yoldaşı Ruslana Hacıyeva və onun 16 yaşlı oğlu Ruslan Hacıyevin meyitləri tapılıb.
“Faciəli şəkildə həlak olan həmyerlilərimizin meyitləri uzun müddət əvvəl məhv edilmiş Rusiya ağır texnikasının içində aşkarlanıb”, - deyə Mübariz Aslanov qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top