Babək rayonunda ev yanıb

HADİSƏ 09 fev 2023, 20:26

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olan məlumata əsasən Babək rayon Xəlilli kənd sakini 1960-cı il təvəllüdlü Əliyeva Gülüstan Əli qızına məxsus yaşayış evində yanğın hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə yerinə Naxçıvan şəhər və Babək rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbələrinin yanğınsöndürmə avtomobilləri cəlb olunanar yanğın söndürülüb, xəsarət alan yoxdur. Ümumi sahəsi 126 kvadatmetr olan mənzilin 98 kvadatmetr hissəsi yanıb, 28 kvadatmetr hissəsi xilas edilib.

Yanğına səbəb evə bitişik yardımçı tikilidə olan qaz plitəsinin nəzarətsiz qalması olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top