Qazaxıstan xilasediciləri qardaş xalqın köməyinə ilk gələnlərdən olub —FOTO/VİDEO

REGİON 09 fev 2023, 14:29
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri zəlzələdən dərhal sonra Almatıdan Türkiyəyə yola düşüblər.

Demokrat.az
xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana ilk zəng edənlərdən biri də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevdir.

O, çoxsaylı insan tələfatı ilə əlaqədar Ərdoğana başsağlığı verib, Həmçinin qardaş ölkəyə hərtərəfli yardım göstəriləcəyini vurğulayıb.

Xatırladaq ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının ilkin gəldiyi şəhər yeraltı təkanların mərkəzlərindən biri olan Qaziantepdir.

Qeyd edək ki, heyət xilasedicilərdən, kinoloji qruplardan və Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Fəlakət Təbabəti Mərkəzinin həkimlərindən ibarətdir.





Aysun
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top