88 yaşlı qadın 62 saat sonra dağıntılar altından sağ çıxarıldı

REGİON 09 fev 2023, 00:06
Türkiyənin Hatay bölgəsində zəlzələ nəticəsində dağıntılar altından 88 yaşlı qadın sağ çıxarılıb. 

Bu barədə "TRT Haber" məlumat yayıb. 

Yaşlı qadın 62 saat dağıntılar altında qalıb. Xilasedicilərin səyi nəticəsində, onu xilas etmək mümkün olub. Kalkap Değirmenci adlı qadın təcili yardımla xəstəxanaya aparılıb. 

Hazırda bölgədə axtarış-xilasetmə əməliyyatları davam etdirilir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top