İrandan Azərbaycana qarş növbəti TƏXRİBAT

GÜNDƏM 06 fev 2023, 20:35
İran hakimiyyətinə bağlı saxta informasiya resursları Azərbaycana qarşı növbəti dəfə təxribat törədib.
 
Modern.az bildirir ki, İran mənbələrində "təcrübəli" amerikalı geoloq olduğu deyilən Ruben Burrelin guya yaxın günlərdə Bakı şəhərində 6.9 bal gücündə zəlzələ olacağı barədə proqnoz verdiyi və bununla bağlı məlumatın guya express.co.uk saytında dərc edildiyinə dair informasiyalar tirajanıb.
 
Araşdırma zamanı məlum olub ki, yayılan məlumat tamamilə yalandır və Azərbaycana qarşı çirkin təxribat məqsədi daşıyır. Belə ki, təcrübəli və "tanınmış" geoloq olduğu iddia edilən Ruben Burrel haqqında internet resurslarında axtarış apararkən onunla bağlı heç bir məlumat aşkar edilməyib. Bundan əlavə, adıçəkilən saytda da belə bir məlumatın dərc edilmədiyi üzə çıxıb. 
 
Bu cür saxta informasiyanın İrana bağlı sosial şəbəkə hesablarında paylaşılması zəlzələ təxribatının arxasında Tehran rejiminin durduğunu təsdiqləyir. İranın belə bir yalan məlumatı dövriyyəyə buraxmaqda məqsədi Türkiyədəki dağıdıcı zəlzələdən sonra Azərbaycan əhalisi arasında təşviş yaratmaq və insanları qorxu içində saxlamaqdır. Molla rejimi murdar niyyətini həyata keçirmək üçün sosial şəbəkələrin verdiyi imkanlardan yararlanaraq, Azərbaycan dövlətinə və xalqına qarşı düşmən mövqeyindən çıxış etdiyini göstərir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top