İran hakimiyyətinə bağlı saxta informasiyaresursları Azərbaycana qarşı növbəti dəfə təxribattörədib. Modern.azbildirir ki,İran mənbələrində "təcrübəli" amerikalı geoloq olduğu deyilən Ruben Burrelin guya yaxın günlərdə Bakı şəhərində 6.9 bal gücündə zəlzələ olacağı barədə proqnoz verdiyi və bununla bağlıməlumatın guyaexpress.co.uksaytında dərc edildiyinə dair informasiyalar tirajanıb. Araşdırma zamanı məlum olub ki, yayılan məlumat tamamilə yalandır və Azərbaycana qarşı çirkin təxribat məqsədi daşıyır. Belə ki, təcrübəli və "tanınmış" geoloq olduğu iddia edilənRuben Burrel haqqında internet resurslarında axtarış apararkən onunla bağlıheç birməlumat aşkar edilməyib. Bundan əlavə, adıçəkilən saytda da belə bir məlumatın dərc edilmədiyi üzə çıxıb. Bu cür saxta informasiyanın İrana bağlı sosial şəbəkə hesablarında paylaşılması zəlzələ təxribatınınarxasında Tehran rejiminin durduğunu təsdiqləyir. İranın belə bir yalan məlumatı dövriyyəyə buraxmaqda məqsədi Türkiyədəki dağıdıcı zəlzələdən sonra Azərbaycan əhalisi arasında təşvişyaratmaq və insanları qorxu içində saxlamaqdır. Molla rejimi murdarniyyətini həyata keçirmək üçün sosial şəbəkələrin verdiyi imkanlardan yararlanaraq, Azərbaycan dövlətinə və xalqına qarşı düşmən mövqeyindən çıxış etdiyini göstərir.
İrandan Azərbaycana qarş növbəti TƏXRİBAT
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


