"İsrailin İran silahlarını hədəfə alması Ukraynaya müsbət təsir edir" — Netanyahu

DÜNYA 03 fev 2023, 22:49
Fransa və İsrail liderləri Ukraynaya silah tədarükünü müzakirə ediblər.

İsrailin İran silahlarını hədəfə alması Ukraynaya müsbət təsir edir. İsrailin İrandakı hərbi hədəflərə qarşı apardığı örtülü əməliyyatlar son nəticədə Ukrayna da daxil olmaqla digər ölkələrə də kömək edir.

Bunu İsrailin baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makrona bildirib.

"Biz müxtəlif səviyyələrdə müstəqil şəkildə İrana qarşı fəaliyyət göstəririk. Bu fəaliyyətlər də sistemli şəkildə İranın bizə qarşı imkanlarını məhv etmək  məqsədi daşıyır" - Netanyahu deyib.

O, Rusiyanın İranla getdikcə artan hərbi ittifaqından narahatlığını vurğulayıb:

"Bu ittifaqda Moskva Tehranı silahlandırır. İranın istehsal etdiyi silahların bir qismi də İsrail üçün təhlükə yaradır".

Netanyahu vurğulayıb ki, İsrailin İran silah istehsalı müəssisələrini hədəfə alması Ukraynaya müsbət təsir göstərir.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top