Ceyhun Bayramov macarıstanlı həmkarı ilə görüşüb — FOTO

XARİCİ SİYASƏT 03 fev 2023, 14:32
Azərbaycanda səfərdə olan Macarıstanın xarici işlər naziri Peter Siyarto azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb.

Görüş barədə Macarıstan XİN başçısı öz “Facebook” hesabında paylaşım edib.

“Cəmi bir həftə əvvəl Budapeştdə xarici işlər naziri Ceyhun Bayramovla görüşdük və orada ölkələrimiz arasında əməkdaşlığı yeni səviyyəyə qaldırmaq barədə razılığa gəldik. Biz indi Bakıda birgə işimizi davam etdiririk. Çoxlu yeni avropalı dostlarla yanaşı, biz Azərbaycanın köhnə dostlarıyıq, ona görə də bir-birimizi yaxşı tanıyırıq və qarşılıqlı hörmət əsasında danışıqlar masası arxasında əyləşə bilirik. Bizim məqsədimiz Azərbaycanın təbii qazını tez bir zamanda Macarıstan bazarına çıxarmaqdır”, - P.Siyarto paylaşımında qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top