İrandakı zəlzələ Naxçıvanda 5-3 bala qədər hiss olunub

HADİSƏ 28 yan 2023, 22:29
Bu gün saat 22:14-də Naxçıvan stansiyasında 108 km cənubda, İran ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"un Naxçıvan bürosuna bildirilib ki, maqnitudası 6,2 olan yeraltı təkanların dərinliyi 10 km olub.

Zəlzələ 5-3 bala qədər hiss olunub və 10-15 saniyə davam edib.

İlkin məlumata görə, dağıntı və tələfat yoxdur. Əlavə məlumat veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top