Bakıda şəhidimizin yas mərasimi keçirilir — FOTO

GÜNDƏM 28 yan 2023, 12:19

İrandakı Azərbaycan səfirliyinə terror nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun yas mərasimi keçirilir.

Demokrat.az xəbər verir ki, yas mərasimi Yeni Yasamal qəsəbəsində, mərhumun evinin həyətində təşkil olunub.

O.Əsgərov əslən Gəncədən olsa da, o, İkinci Şəhidlər xiyabanında dəfn olunacağı üçün mərasim Bakıda keçirilir.

Hələ ki, O.Əsgərovun nəşinin Azərbaycana nə vaxt gətiriləcəyi ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, dünən Yasin Hüseynzadə adlı İran vətəndaşı Tehrandakı Azərbaycan Səfirliyinə avtomatla hücum edərək mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.Daha iki nəfər isə yaralanıb.//qafqazinfo







 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 apr 2023, 13:55
Top