Azərbaycanda yasda dava düşdü — Bıçaqlanan var

KRİMİNAL 26 yan 2023, 14:17
Şəmkir rayonunda yas mərasimində bıçaqlanma hadisəsi baş verib.

Sfera.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun İrmaşlı kəndində qeydə alınıb.

Kənd sakini, 1978-ci il təvəllüdlü Alıyev İdris İbrahim oğlu yas mərasimində mübahisə zəminində üz nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin isə 1990-cı il təvəllüdlü Ruslan Rəşid oğlu Bağırov olduğu müəyyənləşib. Hazırda onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top