“Qarabağ”ın ikinci qapıçısından Şahruddinsayağı səhv — VİDEO

İDMAN 25 yan 2023, 15:32
Bu gün Azərbaycan Premyer Liqasının növbəti turunun oyunları çərçivəsində Tovuz “Turan”ı Ağdamın “Qarabağ” klubu ilə qarşılaşır. 

Demokrat.az
xəbər verir ki, qarşılaşmanın ilk hissəsi ağdamlıların 1:2 hesablı qələbəsi ilə başa çatıb. 

İlk hissədə ən yaddaqalan epizodlardan biri “köhlən atlar”ın qapıçısı Luka Quqeşaşvilinin kobud səhvə yol verməsi və bundan sonra tovuzluların hesabı bərabərləşdirməsi olub. 

Qeyd edək ki, Ağdam klubunun zədə səbəbindən qarşılaşmanı buraxan əsas qapıçısı Şahruddin Məhəmmədəliyev də bir neçə dəfə vacib oyunlarda analoji səhvləri ilə yadda qalıb və bu, azarkeşlərin sərt tənqidinə səbəb olub. 

Xatırladaq ki, Ş.Məhəmmədəliyev iki ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top