Sumqayıtda 81 yaşlı kişini öldürənənin istintaqı başa çatdı

KRİMİNAL 19 yan 2023, 17:30
Sumqayıt şəhərində 81 yaşlı kişini qətlə yetirməkdə ittiham olunan Samir Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Demokrat.az
-ın xəbərinə görə, iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Aynur Rzayevanın ucraatına verilib. 

Yaxın günlərdə məhkəmə başlanacaq. 

İttihama görə, ötən il sentyabrın 14-də Sumqayıt şəhər Polis İdarəsinə 1941-ci il təvəllüdlü Nadir Rzayevin itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.

İstintaqla zərərçəkmişin tanışı, 1977-ci il təvəllüdlü Samir Abbasovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nadir Rzayevi boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

81 yaşlı Nadir Rzayevi öldürməkdə şübhəli bilinən 45 yaşlı Samir Abbasov onun evində usta işləyirmiş. 

Aralarında düşən mübahisə zamanı tərəflər bir-birini kobud ifadələrlə təhqir edib. Bu zaman Samir Abbasov 81 yaşlı kişini küt alətlə vuraraq qətlə yetirib və meyitini həyətdə basdırıb.

İstintaq orqanı tərəfindən Samir Abbasovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top