"Dostluq Meşəsi"ndə ağacəkmə tədbirləri davam edir — FOTO

SOSİAL 18 yan 2023, 14:40
Azərbaycan və Türkiyənin birgə təşəbbüsü ilə Cəbrayıl rayonunda yaradılan “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Ağıllı Tingçilik və Dostluq Meşəsi Kompleksi”nin "Dostluq Meşəsi" adlandırılan sahəsində, o cümlədən ətrafdakı yamaclarda ötən ilin sonlarından başlanan ağacəkmə tədbirləri davam etdirilir.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, bu gün Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə  sözügedən ərazinin 4 hektara yaxın sahəsində, terraslarda 3200 ədəd müxtəlif növ ağac tingi əkilib. 

 “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin və Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Orman Genel Müdürlüyünün birgə təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində, bugünədək sözügedən ərazinin 48 hektardan çox sahəsində ümumilikdə 44 minə yaxın müxtəlif növ ağac tingi əkilib”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top